“Binə” ticarət mərkəzində yanğın söndürüldü

“Binə” ticarət mərkəzindəki yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, yanğın qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.
* * *11:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə" ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
Rubrika.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Rubrika.az
Facebook-da paylaş












