Bayden Rusiyaya görə Çini təhdid edib…
![]()
ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsində Rusiyanı dəstəkədiyi halda Çini investisiya itkisi ilə hədələyib…
ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpini Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək verəcəyi təqdirdə Qərb investisiyalarını itirəcəyi ilə hədələyib.
Amerika lideri bu barədə PBS telekanalına müsahibəsində deyib O qeyd edib ki, Çin lideri ilə müvafiq söhbət ötən ilin yayında baş tutub.
“Yayda ona zəng etdim ki, dedim ki, bu təhdid deyil, sadəcə müşahidədir. Baxın Rusiyanın halına... Altı yüz Amerika korporasiyası McDonald's-dan Exxon-a qədər Rusiyanı tərk edib”, deyə Bayden deyib.
President əlavə edib ki, nəticədə Rusiya Çindən dəstək gözləməsinə baxmayaraq, belə bir şey baş verməyib.
RUBRIKA.AZ
Facebook-da paylaş









