• ƏƏSMN ünvanlı sosial yardıma ehtiyacı olanı boş pul kartı ilə niyə ALDADIR?.. - MÜRACİƏT

    ƏƏSMN ünvanlı sosial yardıma ehtiyacı olanı boş pul kartı ilə niyə ALDADIR?.. - MÜRACİƏT

    ƏƏSMN ÜNVANLI YARDIMA EHTİYACI OLANI BOŞ PUL KARTI İLƏ ALDADIR, QURUM RƏSMİSİ ÖMƏR ALLAHVERDİYEV İSƏ DOLAYISIYLA...

    Müraciət edən Mingəçevir şəhər sakini Əhmədov Nail Muradalı oğlu (Ş.V. AZE-15721129 ) bildirir ki, himayəsində üç azyaşlı uşaq olaraq 5 nəfərdən ibarət ailəsiylə çox çətin bir durumda yaşayır. Həyat yoldaşı da himayəsində 8 aylıq körpəsi olduğundan hal-hazırda da əmək qabiliyyətli deyildir. Nail özü isə gündəlik fəhləçilik etməklə ailənin dolanışığına gücü çatmadığına görə ünvanlı sosial yardıma ehtiyacı olan bir ailə kimi yaşadıqları Mingəçevir Şəhər ƏSM-nin Sosial Təminat Xidməti İdarəsinə elektron qaydada 30.12.2016-cı il tarixində 167177701224001- (Abdullayeva Aynurə Əvəz qızının adına,yəni həyat yoldaşına Şəxsiyyət vəsiqəsi AZE 15719613) nömrəli müraciət etmişdir. Adı çəkilən quruma tələb edilən bütün müvafiq sənədləri toplayaraq təqdim edən Nail Muradalı oğlu Əhmədova 3aydan sonra çağırıb Kapital banka məxsus üzərində AYNURA ABDULLAYEVA 4169 7418 2838 8526 şifrəsi qeydolunan, son istifadə müddəti isə 02/19 yazılmış MİNG-1991`292927773699U seriyalı plastik kartı imza atdırmaqla təqdim etmişlər.

    Əhmədovlar ailəsi hamı kimi bu Novruz bayramını keçirmək ümidilə həmin kartı sevincək halda bayram günlərindən ta bu günədək Kapital banka məxsus bankomat aparatına daxil edib 4rəqəmli şifrəni daxil etsələrdə, manitorda bu kartın hesabına ünvanlı sosial yardım pulu Qurum tərəfindən köçürülmədiyindən bu körpə uşaqlı ailə əziz bayramı beləcə məyus durumda biş-düş etmədən keçirməli oldular. Nail müsahibə zamanı onu da bildirdi ki, Nazirliyin 142 Qaynar xəttinə dəfələrlə zəng açsa da oradan operator, ərizəçinin şəxsiyyət vəsiqə seriyasını daxil etməyini bildirsə də o bunu daxil edəndən dərhal sonra yenidən operator vasitəsilə bildirilir ki, bu haqda heç bir məlumat yoxdur.(Bakunews)Çox maraqlıdır, necə məlumat yoxdur ki, qurumun müvafiq şöbəsində həmin şəxsin adına artıq toplanmış sənədlər əsasında ünvanlı sosial yardımın bu ailəyə veriməsi məqbul sayılmışdır ki, buna müvafiq Plastik pul kartı da imza atılmaqla təqdim olunmuşdur, axı bu necə ola bilər?Məsələylə bağlı 30mart,2017-ci il tarixində mən mövcud sənədlərin surətlərini götürüb Nazirliyin Bakıdakı, 20Yanvar dairəsi yaxınlığında yerləşən Dövlət Sosial Müdafiə Fondu olan binaya daxil oldum.Mühafizə polisi sənədlərə baxış keçirib müvafiq qaydada məni 3-cü mərtəbədə yerləşən Ünvanlı sosial Yardım üzrə vətəndaşları qəbul edən şöbəsinə istiqamətləndirdi.Nahar fasiləsindən qayıdan , özünü həmin qəbul şöbəsində Pensiya sektoru ilə bağlı vətəndaşları qəbul edən qurum rəsmisi , adının isə Bayram olduğunu bildirən ortayaşlı şəxs masa arxasına keçərək zala elan elədi ki, Ünvanlı Yardım şöbə üzrə qəbul edən Ömər Abdullayev hələ nahardadır, kim istəyir buyursun ərizə kodunu versin kompüterdə yoxlayım cavab verim sizə . Mən də dərhal Əhmədovlar ailəsinin bütün sənədlərini ona təqdim edib cavabı gözləyirdim ki, Bayram müəllim ərizəçi Aynurə Abdullayevin adına olan 1671777012240 kodunu daxil edib mənə bildirdi ki, bu ailəyə təyin olunan 202manat ünvanlı sosial yardım məbləği artıq dayandırılmışdır. Çox keçmədi ki,nahardan qayıdan aidiyyatı üzrə deyilən Cavid müəllim və Ömər Abdullayev adlı nümayəndələr zala daxil olub qəbula davam elədilər. Cavid adlı nümayəndə məndən müvafiq sənədləri istədi ki, yoxlayıb cavab versin, mən də təkrarən həmin sənədləri və ərizə kodunu ona təqdim etdim. Cavid müəllim bir daha Bayram müəllimin mənə bildirdiyi cavabı təkrar elədi ki bu ailəyə yardım dayandırılıbdır. Dayandırılma ifadəsi isə onu deməyə əsas verir ki, yəni deməli ünvanlı sosial yardımın bu ailəyə verilməsinə start verilibmiş sonradan isə müammalı səbəbdən buna “Stop” komandası verilmişdir.Və əlavə olaraq Cavid bəy onu da mənə bildirdi ki, bu ərizəçi 12 ay üzrə illik açdırdığı VÖEN:2701137842 üzrə vergi ödəməlidir, Ondan sonra bu ailəyə Ünvanlı sosial yardım davam etdiriləcəkdir. Mən isə ondan bu ödəniş olunmazdan öncə nə əcəb üzərində son tarix 02/2019 ili olan Plastik kartın tərtib olunaraq 12ay öncədən vətəndaşa təqdimatının səbəbini soruşduqda bu ifşaedici suala dərhal müdaxilə edən ortayaşlı Ömər Abdullayev mənə bidirdi ki, mən Cavidin rəhbəriyəm mənimlə danış! Mənimlə qısa sorğunu yarımçıq qoyan Ömər bəy Cavidlə kənarda pıçıldaşaraq o biri kabinetdən printer qurğusundan 1neçə dəqiqə sonra mənə” Ünvanlı Sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildiriş № f3e5006190204436bdc966c53e88b15f seriyalı sənəd çıxarıb verdi. Sənəddə isə qeyd olunur ki, vətəndaş Abdullayeva Aynurə Əvəz qızının məlumatları tələblərə uyğun olmadığı üçün imtina edilmişdir.

    İndi bu müammalı məsələylə bağlı maraqlı bir sual ortaya çıxır: Əgər bu müraciətçi ailə ünvanlı sosial yardım almazdan öncə o deyilən 12 aylıq vergi ödənişi həyata keçirməlidirsə, o plastik kartın təqdimat tarixi 02\2017-ci ildirsə (iki il müddətinə bu yardım verilir) ödənişdən sonra tarix gəlib 2018-ci ilə qədər çıxır. Bu müddətə qədər də belə çıxır ki bu ailə hələ ünvanlı yardım ala bilmir, yerdə qalır bir il, yəni 02\2019-cu ilədək olan bir dövr, lakin bu Plastik kart 2illik müddətinə yardım alınması məqsədilə vətəndaşa verilir. Bəs bu necə ola bilər? Əgər bu doğrudan da belə olmalıdırsa, o zaman vətəndaş o deyilən 12 aylıq vergini ödədikdən sonra Plastik pul kartı hazırlanıb ona təqdim olunmalıdır.

    Və ən nəhayət, bu qəbul zalında olarkən Ömər bəy və Cavid bəy imtina haqda bu bildiriş sənədini niyə bu vaxtacan tərtib edib Vətəndaşın, müraciətçinin yaşadığı ünvana rəsmi şəkildə ünvanlamayıblar? Ancaq mənə təqdim etdilər. Axı bu ailə çox böyük intizarla Nazirliyin 142 qaynar xəttinə dəfələrlə zəng edib bir xəbər gözləyir,şəxsiyyət vəsiqə seriyasını da daxil edəndə opertordan” Bu şəxs haqda məlumat yoxdur” sözlərini eşidir.

    Bir sözlə əhalinin güvənc yeri və ən əsası adı “Əhalinin sosial müdafiəsi” sözlərini üzərində “daşıyan” bir qurum, vətəndaşları müdafə yox, sözün əsl mənasında aldatmaqla və süründürməklə məşğul olur! Biz isə məcburuq ki, bu qurumda baş verənləri bütün dövlət qurumlarına və ictimaiyyətə, ən əsası, hörmətli dövlət başçımıza Sosial şəbəkələr vasitəsilə çatdıraq, özü də bunları sübut edən aşağıdakı videomateriallarla! Buyurun baxın,öz rəylərinizi bildirin...

    Rubrika.Az


    Facebook-da paylaş