Maşın vurmuş piyada xəstəxanaya aparılarkən öldü

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun qərb girişində qeydə alınıb. “Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Tovuz şəhər sakini Həsənov Tofiq Şəmil oğlunu vurub. Sürücü dərhal yaralını xəstəxanaya aparsa da, Tofiq Həsənov yolda keçinib.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











