Qafqazda böyük müharibə - Ermənistan uduzur
Qərbin Ermənistanla haqq-hesab çürütməsinin vaxtı yetişir
“Qarabağda müharibə olacaq. Ruslar Azərbaycana bu qədər silah satıblar. Nə edəcəklər həmin silahı?”
İstiPress-in məlumatına görə, bu barədə erməni politoloq İqor Muradyan «1in.am» saytına videomüsahibəsində bildirib.
“Ermənistanda heç kim bu məsələyə fikir vermir. Sanki belə bir məsələ yoxdur. Bu, təəccüblüdür. Niyə? Çünki bura artıq Rusiyadır. Ermənistan artıq yoxdur. Bir az zaman keçəcək, bu, anlaşılacaq”, - deyə İqor Muradyan vurğulayıb.
Zamanın Ermənistanın ziyanına işlədiyini vurğulayan İqor Muradyan münaqişənin dinc yolla həllinin də İrəvan üçün fəlakətlə nəticələnəcəyini bildirib: “Madrid prinsipləri bizim məhvimizdir. Beynəlxalq konteksdə kim ondan imtina edə bilər? Bu heç kimə, hətta ruslara belə əlverişli deyil. Madrid prinsiplərini unutmağı tələb etmək formal olaraq ABŞ-ı, Fransanı, Rusiyanı təcavüzkar saymaq deməkdir. Buna nail olmaq isə əlçatmazdır”.
İqor Muradyan bir müddətdən sonra Ermənistanın Suriya müharibəsinə də cəlb ediləcəyini vurğulayıb: “Ruslar Suriyada vuruşmağa məcburdurlar. İndiyə kimi orada 40 milyard dollar xərcləyiblər. Gün gələcək, Rusiya öz vassallarının da Suriyada vuruşmasını tələb edəcək. Ermənistanın da vuruşması məsələsi zamanla qaldırılacaq”.
Ermənistanın artıq mövcud olmadığını, artıq Rusiyanın bir hissəsi olduğunu vurğulayan İqor Muradyan bunun nə vaxtsa özünü göstərəcəyini bildirib:
“Nə vaxtsa Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırılacaq ki, biz müstəqil dövlətikmi, biz qərbin dostuyuqmu? NATO-nun və ABŞ-ın düşməniyikmi? Nəticəni buna görə çıxaracaqlar. Belə görünür ki, artıq gecdir”.
Onun fikrincə, Trampın prezident seçilməsindən sonra hakimiyyət ABŞ hərbçilərinin əlinə keçib və onlar Rusiyanı cilovlayacaqlar:
“Artıq Cənubi Qafqaz sözü işlətmirlər. Təklikdə o, heç kimi maraqlandırmır. İndi Qara dəniz - Qafqaz bölgəsindən danışırlar. Bu, Rusiyanın qarşısını almaq elementidir. Baltik dənizindən Qara dənizə xətt çəkilir. Qafqazla birlikdə müdafiə zonası yaradılır. Amerikalılar yol verməzlər ki, ruslar bu xətdə bir addım belə irəliləsinlər. Ukrayna onların əllərindədir, orda nə istəyirlər, onu da edirlər… Nə qədər ki, Rusiya Ukraynanı ələ keçirməyiblər, irəli gedə bilməyəcəklər”.
Rubrika.Az
Facebook-da paylaş














