Türkiyədən acı xəbər - 5 şəhid

Türkiyənin Bitlis, Qars və Şırnak bölgəsində 5 hərbçi şəhid olub
Rubrika.Az xarici KİV-ə istinadən xəbər verir ki, həmin bölgələrdə keçirilən əməliyyat zamanı, PKK terrorçuları tərəfindən quraşdırılmış uzaqdan idarə olunan partlayıcı qurğular işə salınıb. Nəticədə 5 əsgər şəhid olub, ikisi isə yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb.
Terrorçuların tutulması istiqamətində əməliyyat başlanıb.
Rubrika.Az
Facebook-da paylaş
















