İcra başçısı Ayaz Əsgərov və müavini Prezidentin Sərəncamına əhmiyyət vermirlər - ŞİKAYƏT
![]()
Redaksiyamıza müraciət edən bir qrup Yardımlı sakinləri rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavinindən narazıdırlar. Onların redaksiyamıza ünvanladıqları müraciətlərində maraqlı məqamlar yer alıb. Həmin müraciəti olduğu kimi təqdim edirik.
Salam Sizə Yardımlı rayonundan yazırıq. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev Cənab Prezidentin Sərəncamına əhmiyyət vermirlər. Ona görə ki, Mahir Mirzəyevin Yardımlı rayonun Deman kendinde 300 hektar əkin sahəsi var və dövlətdən ayrılan subsidiyaları bura yönəldir. Bele ki, Mahir Mizəyev 2005-ci ildən bu vəzifədə işləyir və Yardımlıya ayrılan bütün pulları mənimsəyib, korrupsiyanın içinde itib batır. Belə ki, 2015-ci ildə Yardımlının mərkəzində özünə 3 mərtəbəli villa tikdirdi dəyərii 2 miliyon dollar. Araşdırın görün Mahir Mirzeyev nəyin sahəsində bu imkanlara sahibdir. Yardımlının kralı bu işlərə necə göz yumub? Niye Mahir Mirzəyev işdən azad olmadi bu əməllərinə görə niyə qanun qarşısında cavab vermir. Bu insan nədir? .Bu sərəncama niye Yardımlı Rayon İcra Hakimiyyəti əməl etmir? Nədən biganə yanaşır şəxsən bu iki insan. İnanırıq ki Prezident Aparatı bu barədə bir tədbir görcəkdir.
Təşəkkür edirik .
RUBRİKA.AZ
Facebook-da paylaş













