Azərbaycanın tanınmış jurnalisti Moskvada vəfat etdi

Azərbaycanın tanınmış jurnalisti Oleq Məmmədov uzun sürən xəstəlikdən sonra 69 yaşında Moskvada vəfat edib.
Rubrika.az Report-a istinaden məlumatına görə, o, ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan "Sobesednik" qəzetinin yaradıcısı və rəhbəridir.
O.Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.
Jurnalistlə vida mərasimi yanvarın 21-də Moskvanın Perepeçinskaya qəbiristanlığında keçiriləcək.
Rubrika.az
Facebook-da paylaş











