• Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Habil Hüseynov, Elnur Vəliyev və hazırki müstəntiq Həsəndən Prezidentə ŞİKAYƏT

    Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Habil Hüseynov, Elnur Vəliyev və hazırki müstəntiq Həsəndən Prezidentə ŞİKAYƏT

    Redaksiyamıza Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanda yaşayan zərəçəkmişlər Hacıyev Gülverdi və həyat yoldaşı Hacıyeva Nərgiz Zərbala qızı tərəfindən Qaradağ RPİ-nin polis müstəntiqləri barədə şikayət məktubu daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
    Azərbaycan Respublikasının I Vitse Prezidenti xanım M.Əliyevaya,
    Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova,
    Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R.Usubova,
    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Istintaq və Təhqiqat İdarəsinin rəisinə,
    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinə,
    Azərbaycan Respublikasının Ombudsman Aparatının sədri xanım E.Süleymanovaya,
    Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab M.Quliyevə,
    Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə,
    Müstəqil mətbuat orqanı rəhbərlərinə.

    Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanda yaşayan zərəçəkmişlər Hacıyev Gülverdi və həyat yoldaşı Hacıyeva Nərgiz Zərbala qızı tərəfindən “Qaradağ RPİ-nin Həsən adlı polis müstəntiqinin qanunsuz hərəkətləri” barədə

    Ş İ K A Y Ə T


    Həmkəndlimiz olan Əndəlifov Lazım və Səyyar Əzim oğlu və saqqalı ekstremist dəstəsinin bizim ailəmizə qarşı törətdiyi qanunsuz hərəkətləri barəsində dəfələrlə yerli və yuxarı hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərdən sonra nəhayət ki, baş vermiş hadisə ilə bağlı hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2, 221.3 və 186-cı maddələri üzrə açılmış cinayət işi nəhayət 2016-cı ilin sentyabrından Qaradağ Rayon Məhkəməsində baxılmış və bu ilin aprelində hər iki şəxs barəsində hökm elan edilmişdir.

    Bütün bu olanlardan sonra Əndəlifovlarin adamları bizi yenə şikayət etdiyimizə görə hədələməyə başlamışlar. Doğrudur, MTN dövründə bu dəstə dədələri Əzimə məxsus və kəndimizdə yerləşən,qanunsuz fəaliyyət göstərən məscidə yığışaraq müxtəlif fitfalar, qərarlar verməklə məşğul olurdular ki, bu dəstədən bütün kənd sakinləri qorxur, onların əmrlərini yerinə yetirirdilər. MTN quldurları ləğv edildikdən sonra biz də bir rahatlıq hiss etdik və bu dəstənin göstərişlərinə əməl etmədik. Onlar istəyirdilər ki, mənim də oğullarım gedib onların məscidlərində namaz qılsınlar, moizələrinə qulaq assınlar və sonra Suriyaya gedib İslamı müdafiə etsinlər. Elə buna görə Lazım-Səyyar qardaşlarının göstərişləri əsasında bizə son iki-üç ildə təzyiqlər artmışdır. Əvvəl onlar yaşadığımız evin darvazasına 2-3 ədəd boş araq butulkası asdılar və camaata elan etdilər ki, bunlar kafirdirlər. Sonra da Lazımın arvadı Rahiləni üstümüzə saldılar ki, guya oğullarım onu döymüşdür. Üç dəfə bu barədə Qaradağ Pİ-də araşdırmalar aparılıb və cinayət işinin rədd edilməsilə bağlı qərar qəbul olunsa da bunlar bizim ailədən əl çəkmədilər.

    Biz son olaraq 14 sentyabr 2016-cı il tarixində ailəmizin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili işlər naziri cənab Ramil Usubova rəsmi müraciət etmişik. Müraciətimiz Qaradağ Prokurorluğuna göndərilsə də hələlik heç bir tədbir görülmür. Ümumiyyətlə, Qaradağ rayon prokurorluğuna bizim şikayətlərimiz əsasında yuxarı orqanların göndərdikləri rəsmi məktublara baxılmır və cavab verilmir. Lakin Lazım və Səyyar Əndəlifovlara məxsus kəndimizdəki qanunsuz məscidin fəaliyyəti son zamanlar DTX tərəfindən nəzartə götürülmüş və fevralın əvvəlindən fəaliyyəti dayandırılmışdır. Budur, son vaxtlar (Cümə günü) yenə də məscid ətrafına çoxsaylı bahalı avtomobillərlə gələn tanımadığımız adamlar məscidə toplaşırlar. Və gedirlər.

    Əndəlifovlar ailəsi zorakılığa əl atmışdır. Belə ki, əvvəl 10 may 2015-ci il tarixində yaşadığımız evə 30-40 nəfər qohum-qardaşları və qonşu qəsbələrdən çağrılmış saqqalı dəstə ilə quldur basqını törədərək hasarımızı uçurtması, evi daşqalaq etmiş və nəticədə ev içində olan mebel və digər əşyalarla birlikdə tam yararsız hala salınmış, həyətdə oğlumun tikib yaşadığı ikiotaqlı evi tamamilə dağıtmış, evin darvazlararını söküb 14 metr kənarda olan qonşu əraziyə tullamış və evin divarlarına nalayiq sözlər yazaraq insana yaraşmayan vəhşiliklər törətmişlər. Bu barədə digər faktları bizim istintqa verdiyimiz ifadələrə və şahid ifadələrinə baxmayaraq bu quldur dəstəsinin rəhbərlərinə elan olunan ittiham aktından əvvəllər isintaqı aparan Qaradağ Pİ-nin pois mayoru Habil Hüseynovla sövdələşmələr əsasında qəsdən itirilmiş və yüngül maddələrlə baxılması üçün 2016-cı ilin sentyabrında Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə isə biz zərərçəkmişlərin bu barədə etirazlarını, faktların yenidən araşdırlmasıilə bağlı sədrlik edən hakim Fuad Hüseynov tərəfindən rədd edilmiş və bizə 14 may 2015-ci il tarixdə ikinci basqın zamanı törədilmiş cinayəti deyil, yalnız 10 may 2015-ci il tarixində baş vermiş hadisəyə münasibət bildirməyi tələb etmişlər. Hakimin bu mövqeyi bizləri sadəcə olaraq məyus etmişdir. Bütün bu dəhşətli səhnələri “Təzadlar” qəzetinin əməkdaşı hadisə yerində çoxsaylı fotoşəkillərlə qeydə alıb qəzetində və rəsmi internet saytında yerləşdirmişdir. Çox təəssüflər olsun ki, təqsirləndirilən şəxs hesab olunan Əndəlifov Lazımın arvadı Rəhilə Əndəlifovanın şikayəti əsasında zərəçəkmiş kimi istintaqda tanınan oğlum Maarif Hacıyevə qarşı CM-nin 128-ci maddəsini tətbiq etməklə (xuliqanlıq) bizi susdurmaq istədilər. Və hörmətli hakim Fuad Hüseynov 15 noyabr 2016-cı il tarixli əsassız hökmüilə 3 azyaşlı uşaq atası olan oğlum Maarifı saxta sübutlarla 6 ay müddətində dərhal cəzalandırdı. Bununla kifayətlənməyən Əndəlifovların arvadı Rahilə Əndəlifova və digər bir özlərinə yaxın qadının şikayəti əsasında digər oğlum Mahir Gülverdi oğlu və ərim Gülverdi Hacıyevin barəsində Qaradağ rayon Pİ-də müstəntiq Elnur Vəliyev bölməyə gəlməsini və izahat verməsini tələb etmişlər. Yəni, Əndəlifovların vəkili Ənnağı Məmmədli adlı birisi məhkəmənin getdiyi bir zamanda bizim ailəyə qarşı vəsatət verməklə istəyir ki, oğlum Mahir və ərim Gülverdiyə qarşı polisdə təcili olaraq uydurma, saxta cinayət işi ( CM-nin 221.1 və 221.3 –cü maddələri üzrə) başlasın ki, o müdafiə etdiyi dini ekstremist dəstənin rəhbərlərini bizi şantaj etməklə təmizə çıxarsın. Doğrudur, vəkilin vəsatəti və Əndəlifovların 5000 baş qoyun –quzusunun satılması müqabilində vəkil nəyin bahasına olur olsun adekvat tədbir olaraq Qaradağ Polis İdarəsində müstəntiq Elnur Vəliyevlə sövdələşərək hazırki iş üzrə zərərçəkmiş kimi tanınan oğlum Mahirə və ərimə qarşı CM-nin 221.3 maddəsi üzrə saxta cinayət işi başlasalar da etdiyimiz çoxsaylı şikayətlərə baxmayaraq müstəntiq E.Vəliyev öz bildiyi kimi saxtakarlıqla məşğul oldu. Belə ki, o əvvəlcə dekabrın 17-də ərim Gülverdini Pİ-nə dəvət edərək ona o vaxtdan yaddan çıxıb qalan bəzi sənədləri ( sənədlərin nəyə aid olmasını izah etməmiş) imzalatmışdır. Gülverdi orta təhsilli sürücüdür. Latın qrafikasında bir o qədər də yazıb-oxuya bilməsə də müstəntiq Elnurun hiyləgərliyinə inanıb. Budur, müstəntiq E.Vəliyev Gülverdinin savadsızlığından istifadə edərək hazırda onu təqib və şantaj etməklə həbs edəcəyilə hədə-qorxu gəlir. Guya oğlum Mahir və ərim 10 may 2015-ci ildə gecə saat 12-də Lazım və Səyyar Əndəlifovların rəhbərlik etdikləri 40 nəfərdən ibarət kişi qohum qardaşları və qonşu qəsəbələrdən yığılmış saqqalı dini ekstremist dəstənin evimizə quldur basqını zamanı 40 kişinin hücumu zamanı onların arasında “peyda” olan Rəhilə Əndəlifovanı tutub döymüşlər. Halbuki, quldur basqını zamanı evimizə atılan çoxsaylı daşlar mənə və oğlum Mahiri ağır yaralamış, ərim isə təcili yardım çağırmışdır. Hadisə yerinə 102 xidməti vasitəsilə çağırdığımız PPX polisləri quldurlardan qorxub qaçmışlar. Ailəmiz köməksiz qalmışdı. Digər qonşuların köməkliyilə birtəhər canımızı götürüb qaça bildik. Budur, indi Qaradağ Pİ-nin müstəntiqi, əslən güsrcüstanlı, DİN-də işləyən dayısı Cavanşir Məmmədova arxalanaraq ailəmizə qarşı ağla gəlməz ittiham aktı hazırladı. Təbii ki, imkanlı şəxslər olan Əndəlifovların təklif etdikləri iri məbləğli pulların hesabına. Yoxsa ki, bu müstəntiqin başına bu dərəcə də at təpməzdi ki, özündən uydurduğu və heç bir əsası olmayan nağıl ittihamla ərimi prokurorluqla apardığı danışıqlarla həbs etdirmək istəyirdi.

    Budur, müstəntiq Elnur Vəliyevin DİN-dəki dayısı cavanşir Məmmədova arxalanaraq bizim ailəyə qarşı saxta ittiham işi və qanunsuz əməlləri yuxarı orqanlara etdiyimiz şikayətlər əsasında Qaradağ RPİ-nin Həsən adlı (əslən Kəlbəcərdən olan) müstəntiqinə həvalə olunmuşdur. Elə bir azca nəfəs almaq istəyirdik ki, bu son bir neçə gündə Həsən vəkilimiz olan Elçin Sadıqova zəng edərək Gülverdinin və oğlumuzun dərhal İdarəyə gəlməsini tələb etmiş və təcili olaraq ona CM-nin 221.1 və 221.3-cü maddələri üzrə ittiham elan edərək təcili məhkəməyə göndərəcəyini bildirmişdir. Mayın 8-də Gülverdi Həsənin yanına getmiş, onun barəsində açılmış cinayət işi üzrə zərəçəkmiş qismində tanınmış Əndəlifovların və arvadı Rəhilənin Gülverdi Hacıyevlə aralarında olan barışıq sazişini təqdim etdikdə polis Həsən bu sənədi alıb işə tikmək istəməsə də sonradan buna məcbur olmuşdur. Həsənlə danışıq zamanı əvvəlki müstəntiq Elnur Vəliyev Gülverdini görüb ona qəzəblənmiş və niyə ondan şikayət etdiyimizi soruşmuşdur. Həsən isə yenicə icraatına götürdüyü istintaq işini araşdırmadan sifariş əsasında tezbazar yekunlaşdıraraq ittiham aktını bu gün 11 may 2017-ci il tarixində Gülverdiyə və oğlumuza təqdim etmək üçün onları yenidən Polis İdarəsinə dəvət etmişdir. Qısası görünən budur ki, Əndəlifovların Qaradağ poisində işləyən qohumlarının sifarişi əsasında gülverdi və oğlumuza qarşı 2015-ci ilin mayın 10-da baş vermiş hadisə zamanına görə açılmış saxta cinayət işini yekunlaşdıraraq bizi həbs etdirmək istəyirlər.

    Odur ki, dövlət başçısından xüsusi olaraq xahiş edirəm ki, Qaradağ rayon Polis İdarəsində mayor Habil Hüseynovun icraatında olmuş və ekstremist dəstənin işinin ört basdır edilməsinin və bu prosesin sonradan Qaradağ Polis İdarəsində yeni müstəntiq E.Vəliyevin icraatında bizim ailəyə qarşı başladıqları qurama və saxta cinayət işini indi də Həsən adlı polis müstəntiqin icraatına verməklə və heç bir istintaq hərəkəti aparmadan barəmizdə saxta ittiham elan edilməsinə etiraz edirik və bu işin Bakı Baş polis İdarəsində və ya Səbail Polis İdarəsində ciddi araşdılmasını zəruri hesab edirik. Sizdən xahiş edirik ki, Qaradağ Polisində əvvəl müstəntiq E.Vəliyevin hazırda isə Həsənin icraatında olan saxta cinayət işinin Bakı Baş Polis İdarəsində daha savadlı, daha təcrübəli, daha peşəkar, nəfsitəmiz, vicdanlı müstəntiqləri tərəfindən araşdırlmasını və bu saxta cinayət işini istintaq etmiş Qaradağ RPİ-nin müstəntiqləri Habil Hüseynovun, Elnur Vəliyevin və hazırki müstəntiq Həsənin qanunsuz hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsi barədə göstəriş verəsiniz. Son dəfə bir insan olaraq xəbərdarlıq edirk ki, əgər rüşvət hesabına bizim ailə barəsində Qaradağ polis İdarəsində başlanmış saxta cinayət işinə Daxili İşlər Nazirliyi tərəfindən ədalətli qiymət verilməsə və ailəmizə qarşı polisin qanunsuz fəaliyyətinə son qoyulmasa biz özümüzü polis özbaşnalığına etiraz olaraq Daxili İşlər Nazirliyi binası qarşısında yandıraraq intihar edəcəyik. Bütün məsuliyyət Qaradağ Pİ-nin məsuliyyətsiz polis müstəntiqlərinin üzərinə düşür.

    Xahiş edirik nəzərə alasınız.

    Rubrika.Az


    Facebook-da paylaş