ÜAK-ın ləğvinə Azərbaycan tərəfi necə cavab verməlidir? - Paytaxt sakinləri arasında SORĞU

Xəbər verdiyimiz kimi, Ümumrusiya Azərbaycan Konqresi ləğv edilib. Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləyib. Bu qərar Azərbaycan ictimaiyyətində narahatlıqla qarşılanıb. ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb və apelyasiya şikayəti verəcəklərini bildirib. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyini pozduğunu iddia edib. Bu pozuntuların aradan qaldırılması ilə bağlı quruma dəfələrlə xəbərdarlıq edilib.
Qeyd edək ki, ÜAK-ın ləğvi Milli Məclisdə də müzakirəyə çıxarılıb və millət vəkillərinin etirazına səbəb olub.
Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı nə düşünür? Onlar ÜAK-ın ləğvini necə qarşılayıblar? Azərbaycan Rusiyanın bu addımı qarşısında necə cavab verməlidir?
Bu suallara aydınlıq gətirmək üçün, şəhər sakinləri arasında sorğu keçirdik.
Vətəndaşlar bu təşkilatın ləğv edilməsini narahatlıqla qarşılasalar da, Rusiya ilə münasibətlərin pozulmasının tərəfdarı olmadıqlarını bildirdilər.
Rubrika.Az
Facebook-da paylaş












