“Avropa Birliyi bizə nə qədər lazımdırsa, biz də onlar üçün o qədər əhəmiyyətliyik” – Ərdoğan

“Avropa Birliyi bizim üçün nə qədər əhəmiyyətlidirsə, biz də Avropa Birliyi üçün o qədər əhəmiyyətliyik”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Türkiyənin Avropa Birliyinə daxil olmaq istədiyini, lakin ölkəsinin qürurunu ayaqlar altına atmaq fikrində olmadıqlarını bildirib.
“Avropa İttifaqı açıb, Türkiyəmi bu qapıdan içəri girməyib? 54 ildir bu ölkəni qapısında gözlədən bir Avropa Birliyi var. Hamısını qəbul etdilər, bəs Türkiyənin suçu nədir ki, bizi qəbul etmirlər?
Bu həqiqətləri gərək görək və Türkiyəyə ən son yaşadıqlarını da görürsünüz. Türkiyə adi bir ölkə deyil. Türkiyə qapı qarşısında qoyulacaq bir ölkə deyil. Bizim ləyaqətimiz var. Ləyaqətimizlə oynanılmasına izn vermərik. Əgər bizi alarlarsa girək.(avropa.info)
Fransada bir nazir, mənə “boş yerə çalışırsınız sizi qəbul etməyəcəklər” dedi. Biz həqiqətləri bilirik.
İsveçrədə, Hollandiyada Türkiyəyə qarşı hər cür qərəzli addımlar atılacaq, bizim nazirimiz bütün beynəlxalq qaydalara zidd olaraq Türkiyə konsulluğuna buraxılmayacaq, biz hələ də “nə olar bizi qəbul edinmi” deyəcəyik. Mən bu millətin izzətini ayaqlar altına atılmasına imkan vermərəm. Aİ müsbət davranışlarını göstərərsə, biz də müsbət olarıq, AB bizim üçün nə qədər əhəmiyyətlidirsə, biz də onlar üçün əhəmiyyətliyik” deyə Türkiyə prezidenti qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş













