Azərbaycan İslamiadanın QALİBİ OLDU

Azərbaycan idmançıları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl medal qazanaraq 1-ci yeri tutublar.
Azərbaycan yığmasının hesabında ümumilikdə 154 medal var. Komanda hesabında ən çox medalı Türkiyə idmançıları qazanıb. IV İslam Həmrəyliyi Oyunlarına ən böyük heyətlə qatılan Türkiyə təmsilçiləri 185 medal qazanıblar. Türklər yalnız qızıl medalların sayına görə (68 qızıl medal) Azərbaycandan geri qalaraq ikinci yeri tutublar. İlk 7-likdə Azərbaycan və Türkiyədən sonra İran (90 medal), Özbəkistan (62 medal), Bəhreyn (21 medal), Əlcəzair (40 medal) və Mərakeş (27 medal) təmsil olunub.(APA) Sıralama ölkələrin qazandığı qızıl medalların sayına görə müəyyənləşib. İştirakçılardan 28 ölkə yarışlarda qızıl medal qazana bilməyib, 15 ölkənin idmançıları isə vətənlərinə medalsız dönüblər.
Rubrika.Az
Facebook-da paylaş










