Türkiyəli deputat HƏBS EDİLDİ
![]()
Terror qruplaşmasına üzv olmaqda ittiham edilən Türkiyənin Siirt şəhərindən deputat seçilmiş HDP üzvü Besime Konca həbs olunub.
Rubrika.az MilliYol.Az-a istinadən xəbər verir ki, Besime Konca 13 dekabr 2016-cı ildə "Terror təşkilatına üzv olmaq və terror təbliğatı ilə məşğul olmaq" ittihamı ilə saxlanılmış, 3 mayda xarici ölkəyə getmək qadağası qoyularaq azadlığa buraxılmışdı.
Prokurorluğun etirazından sonra 8 mayda onun haqqında yenidən həbs qərarı çıxartmışdı. Qadın deputat dünən Batman hava limanında saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş














