Borca görə intihar etdi - Azərbaycanda

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib
Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib.
Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib.
İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.(report)
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Rubrika.Az
Facebook-da paylaş












