Miqrantların 80 faizi Avropaya can atır - səbəb müharibə, zorakılıq və kasıblıqdır
Son aparılan araşdırmaya görə, 2015-ci ildə Suriya, Əfqanıstan və İraq da daxil olmaqla Avropaya təxminən 1 milyon nəfər miqrant keçib. Bunlardan dörddə biri uşaqlardır.
Yunanıstan, İtaliya və Maltadakı mərkəzlərdə 750 sorğu və 100-dən artıq müsahibələrdən əldə edilən nəticəyə görə, miqrantlarn 80 faizi müharibədən və zorakılıqdan qaçıb. Cəmisi 17% miqrant iş tapmaq səbəbi ilə köç edib.
Middleseks Universitetinin araşdırmaya rəhbərlik edən professoru qeyd edib ki, insanları vətənlərindən qaçmağa məcbur edən əsas səbəb zorakılıq və ailələrinin təhlükəsizliyidir.
Aparılan sorğulara görə, Yunanıstanda miqrantların 49, Maltada isə 53 faizi müharibəyə görə evlərini tərk etməyə məcbur qaldıqlarını qeyd edib.
İtaliyanın Siciliya adasında yerləşən miqrantların da 49 faizi müharibə səbəbindən, 18 faizi isə iqtisadi səbəblərdən köç etdiklərini bildiriblər.
İqtisadi və Sosial Araşdırmalar Şurası və Beynəlxalq İnkişaf Departamentinin apardığı sorğular isə başqa bir tablo ortaya qoyub. Məlum olub ki, Liviyadan Avropaya keçməyə çalışan miqrantların bir qismi Afrikanın digər ölkələrindən Liviyaya işləmək üçün gedənlərdir. Onlara görə Liviya daha stabil ölkə hesab edilir. Lakin əksəriyyəti Liviyada zorakılığa məruz qalıb, öldürülüb və işgəncə görüb. Bu miqrantlar məcburən Avropaya keçməyə çalışırlar.
Qeyd edilməlidir ki, Avropaya sığınmaq istəyən miqrantlar həddindən artıq çox olduğuna görə qeydiyyata alınmaqda problemlər yaşanır. Miqrantların yalnız 10 faizi status ala bilir.
Rubrika.az
Facebook-da paylaş








