David Şahnazaryan: “Ermənistan tarixində ən biabırçı seçkidir”

Bu növbədənkənar seçkilər Ermənistanın tarixində ən biabırçı seçkidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Respublika partiyasının proparsional seçki siyahısına daxil olmuş ölkənin sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan deyib.
O, seçki kampaniyasının qısa davam etməsindən təəssüflləndiyini deyib. Bildirib ki, seçki təbliğatı dövründə hakimiyyət tərəfindən təhdidlər olub. Media təmsilçiləri ötən seçkilərdə daha çox qayda pozuntularının olduğunu vurğulayanda Şahnazaryan “amma onda hakimiyyətdəkilər demirdilər ki, bu, qalaktikada ən təmiz seçkidir” deyə, ironiya ilə cavab verib. D.Şahnazaryan əlavə edib ki, bu gün ölkə üçün çox vacib gündür. “Mən şübhə etmirəm ki, Ermənistan vətəndaşları düzgün sseçim ediblər”-deyə, o, əlavə edib.
Xatırladaq ki, seçki ərəfəsində Şahnazaryan sorğu-sual edilmək üçün istintaqa dəvət olunmuşdu.
Rubrika.az
Facebook-da paylaş















