Bakı-Quba yolunda minik və yük avtomobilləri toqquşub

Bu gün şəhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi "Mersedes" markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan "İsuzu" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü və maşında olan qızı, 2007-ci təvəllüdlü Alina Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş













