Bu gün də imtahan var
![]()
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
Rubrika.Az bildirir ki, DİM-dən daxil olan xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
2019/2020-ci tədris ili üçün aşağıdakı kateqoriyalar üzrə buraxılış imtahanları keçiriləcək:
1. Tam orta təhsil səviyyəsi üzrə (11 illik) - Bakı şəhərinin Qaradağ rayonu, Lənkəran şəhəri, Ağdam, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz rayonları.
2. Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) - Sumqayıt şəhəri, Ağdaş, Göyçay, Qobustan, Qax, Xaçmaz, Zaqatala rayonları.
3. Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə - Bakı şəhərinin Xətai rayonu.
İmtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Rubrika.Az
Facebook-da paylaş












