Heydər Əliyev prospektində qəza baş verib, tıxac yaranıb

Bü gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.
Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu" stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.
Rubrika.AZ
Facebook-da paylaş















