Bakıda qəbul imtahanıdan sonra yoxa çıxan abituriyent tapıldı - YENİLƏNİB
![]()
İyunun 22-də Bakıda ailə məktəbə qəbul imtahanı verdikdən sonra naməlum şəraitdə itkin düşən Neftçala sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu tapılıb. Lent.az xəbər verir ki, iyulun 24-sə səhər saatlarında bibisi tərəfindən rayona yola salınan və daha sonra barəsində məlumat almaq mümkün olmayan gənc paytaxtın Nəsimi rayonu ərazisində tapılıb. O, gecə saatlarında Neftçalada ailəsinə təhvil verilib.
Rubrika.az Lent.az-a istinadən bildirir ki, 17 yaşlı İbrahimin atası Yaşar Əliyev bildirib ki, oğlu qəbul imtahanında sualları yaxşı cavablandıra bilməyib və bu səbəbdən sarsıntı keçirib və imtahanı yarımçıq tərk edib: "Görünür buna görə sıxıntı keçirib. Bizə əvvəlcə onu rayon ərazisində gördüklərini demişdilər. Yəqin yenidən Bakıya qayıtmaq qərarına gəlib. Dünən gecə Nəsimi rayonu ərazisində digər oğlumun dostları İbrahimi tapıblar".
******
25 iyun
İyulun 22-də Bakıda ali məktəbə qəbul imtahanı verən Neftçala rayon sakini, 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu itkin düşüb. Lent.az xəbər verir ki, 1 ci qrupa imtahan verən gənc daha 2 gün bibisinin evində qalandan sonra səhər təxminən saat 07:15 də taksi ilə Neftçalaya yola düşüb. Lakin daha sonra ondan xəbər almaq mümkün olmayıb.
İbrahimin atası Yaşar Əliyev Lent.az-a bildirib ki, dünən oğlunu Neftçalada görənlər olub və axtarışlar davam etdirilir: “Biz polisə də müraciət etmişik. Dünən səhərdən etibarən uşaqdan xəbər ala bilmirik”.
İbrahimi görənlərdən və ya haqqında məlumatı olanlardan bu nömrələrlə əlaqə saxlamaları xahiş edilir:
+994(50) 727 96 16, +994(55) 907 52 69 (atası Yaşar)
Rubrika.Az
Facebook-da paylaş











