Azərbaycanda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürdü - YENİLƏNİB
![]()
11:27
Biləsuvar rayonunda güllələnərək öldürülən şəxsin adı açıqlanıb.
Rubrika.Az Milli.Az-a istinadən xəbər verir ki, bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır.
Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
---------
11:22
Biləsuvar rayonunda güllələnmə olub.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













