Ağcabədidə 2 otaqlı ev tamamilə yandı

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
Rubrika.az Musavat.com-a istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Minaxorlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş










