"Fənərbaxça"dan braziliyalı hücumçuya təklif
![]()
"Fənərbağça" klubu heyətinə daha bir futbolçu qatmaq niyyətindədi.
Rubrika.az apasport.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" hücum xəttini gücləndirmək istəyirlər.
İstanbul klubu "Rubin"in üzvü Jonatasla yaxından maraqlanır. "Fənərbağça" rəhbərliyi yaxın günlərdə braziliyalı forvarda rəsmi təklif göndərəcək.
28 yaşlı hücumçunun Türkiyəyə köçməyə razı olub-olmayacağı maraqla gözlənilir.
Karyerası ərzində "Breşiya", "Peskara" və "Real Sosyedad" kimi klublarda da oynamış "sambaçı" ötən ildən "Rubin"in formasını geyinir.
Rubrika.Az
Facebook-da paylaş











