Kürdəmir sakini arvadını güllələyib
![]()
Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini saxlanılıb.
Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva qırma yaraları ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














