Şirvanda qəribə canlı peyda oldu..

Şirvan sakini həyətində qəribə bir heyvan tapıb.
Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, Ağasəməd İbrahimov canlını tutmağa nail olub.
Müəyyən araşdırmalardan sonra məlum olub ki, bu heyvanın latınca adı "Vurmela perequsna"dı. Nadir ekzotik yırtıcı olan perequsnanın yayılma arealı şimal-qərbi Monqolustan, Çin, Balkan yarımadası Ön Asiya və Qərbi Avropadır.
Yırtıcının gövdəsinin ujzunluğu 40 sm-ə yaxın, çəkisi 750 qramdır. Canlıya Aran bölgəsində rast gəlinmısi maraq doğurur. Hazırda yırtıcıya qida kimi qaynadılmış yumurta verilir.
Canlının zooparka və ya həvəskar ekzotik heyvan kolleksiyaçılarına verilməsi nəzərdə tutulub.
Rubrika.az
Facebook-da paylaş











