Türkiyədə yanan fabrikin sahibi itkin düşüb..

Türkiyənin Qaziantep rayonunda toxuma sap fabrikində güclü yanğın baş verir.
Rubrika.az Musavat.com-a istinaden veriyi xebere görə, hadisə yerinə çox sayda yanğınsöndürən maşın və xilasedici cəlb olunub. Fabrik sahibi Tuncay Kara ilə əlaqə yaratmaq isə mümkün olmayıb. İşçilərin verdiyi məlumata görə, yanğın başlandığı vaxt Tuncay Kara fabrikdə olub. O, sonuncu dəfə bir işçinin əlindən tutaraq bayıra çıxıb, sonra isə tək başına yenidən alovların ağuşuna aldığı fabrikin içinə girib. Tuncay Karanın telefonlara cavab vermədiyi qeyd edilir.
Digər tərəfdən, yanğın zamanı tüstüdən zəhərlənən bir xilasedici və bir uşaq xəstəxanaya aparılıb. Yanğının söndürülməsi üçün cəhdlər davam edir.
Rubrika.az
Facebook-da paylaş











