Qadını şantaj edərək 6 min manatını alan şəxsə 8 il 6 aylıq həbs cəzası verilib

Qadını şantaj edərək pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsə cəza kəsilib.
Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirləndirilən Sübhan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən S.Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən S.Cəfərov qadını şantaj edərək ondan 6 min manat pul alıb.
S.Cəfərov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Rubrika.az
Facebook-da paylaş














