61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb

Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.[/i]
[/b]
Rubrika.Az report-a istinadən bildirir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.
Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








