General Rafiq Abbasovun təyinatı ilə bağlı xəbər təkzib olundu - YENİLƏNİB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.
* * *18:01
Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub. Bu barədə muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.
Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş














