Mehman Əliyev şübhəli şəxs qismində saxlanıldı - FOTO...
![]()
Turan agentliyinin direktoru Mehman Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Rubrika.az Lent.az-a istinadən məlumatına görə, o, Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli bilinir.
M.Əliyev bu gün Vergilər Nazirliyinin İstintaq İdarəsində ifadə verdikdən sonra Yasamal rayon Polis İdarəsinə aparılıb və hazırda oradadır.
Rubrika.az
Facebook-da paylaş










