Paşinyan 3 gündür Azərbaycandadır - İkinci qapalı görüş

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyanla görüşüb.
Rubrika.Az Teleqraf.com-a xəbər verir ki, görüş Xankəndində baş tutub.
Təkbətək keçirilən görüşdə hansı mövzuların müzakirə edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nikol Paşinyan Qarabağa noyabrın 2-də gəlib.
O, səfər çərçivəsində Bako Saakyanla ikinci dəfədir təkbətək görüşür. Paşinyan separatçıların başçısı ilə bundan əvvəl noyabrın 3-də görüşmüşdü.
Rubrika.Az
Facebook-da paylaş











