İlan, əqrəb, qaraqurd sancmalarının statistikası - 79 nəfər qurban...
![]()
Azərbaycanda aprel ayından sentyabrın əvvəlinədək 68 nəfər ilan, 8 nəfər əqrəb sancma diaqnozu ilə xəstəxanaya müraciət edib.
Rubrika.az Milli.Az-a istinadən bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, yalnız avqust ayında 13 nəfəri ilan sancıb ki, onların da 9-u xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin 1-i azyaşlı olub. Avqustda 3 nəfəri qaraqurd hörümçəyi, 2 nəfəri əqrəb sancıb.
A.Maqsudov deyib ki, sancmalar nəticəsində heç bir ölüm halı qeydə alınmayıb.
Rubrika.az
Facebook-da paylaş














