İnək qəzaya səbəb oldu -VİDEO

Sabirabadda yola çıxan inək qəzaya səbəb olub.
Rubrika.Az Xezerxeber.az-a istinaden məlumatına görə, hadisə axşam saatlarında rayonun Azadkənd ərazisində qeydə alınıb.
Neftçala rayonunun Seyidlər kənd sakini Ağahüseyn Ələkbərovun idarə etdiyi minik maşını qəfil yola çıxan inəyi vurub. Nəticədə avtomaşının ön şüşəsinə çırpılan inək onu qırıb və bu zaman sürücü şüşə qırıntılarının səpələnməsindən baş nahiyəsindən xəsarət alıb. O, Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











