Bakıda parkda dəhşət: 22 yaşlı qız özünü öldürdü...
![]()
Bakıda intihar hadisəsi baş verib. Rubrika.az Lent.az-a istinadən xəbər verir ki, gecə saat 02:20 radələrində Qaraçuxur qəsəbəsində yerləşən parkdakı turnikdən 1995-ci il təvəllüdlü Tağıyeva Günel Samir qızının iplə asılmış meyiti tapılıb.
Gənc qızın hansı səbəbdən həyatına son qoyması məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










