Nazir Yavər Camalovun oğlu Türkiyədə öldü

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Bu barədə məlumatı ailəyə yaxın mənbə bildirib.
Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
Rubrika.AZ
Facebook-da paylaş









