ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gəlir
![]()
TƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir.
Rubrika.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.
Səfər zamanı bolqarıstanlı parlamentar hər üç ölkədə dövlət rəsmiləri, parlament liderləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək.
Rubrika.Az
Facebook-da paylaş













