Bakıda mənzildə 62 yaşlı qadının meyiti tapıldı
![]()
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Rubrika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Orada aşkarlanan 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat başa çatıb.
Rubrika.az
Facebook-da paylaş








