Arif Əsgərovun digər baldızı oğlu da hakim qarşısında- bir neçə milyonluq ittiham

Arif Əsgərovun başqa bir baldızı oğlunun məhkəməsi davam edir. O da dələduzluqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.
Rubrika.az musavat.com-a istianden xəbər verir ki, prokuror ittiham aktını elan edib. İttihama görə, o, ayrı-ayrı şəxslərin külli miqdarda əmlakını ələ keçirib.
Belə ki, R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilit.
Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib.Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilir və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə araşdırılır.
Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.
Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir.
Rubrika.Az
Facebook-da paylaş














