Qarabağda mina partladı — 3 erməni əsgəri öldü

İşğal edilmiş Qarabağ ərazisində mina partlayıb.
Rubrika.az ölkə.az-a istinadən xəbər verir ki, nəticədə 3 erməni əsgəri ölüb, biri isə yaralanıb.
Məlumatı qondarma rejim təsdiqləyib. Hadisə dünən, axşam saatlarında baş verib. Minanın partlaması nəticəsində 1995-ci il təvəllüdlü Qeqam Zakaryan, 1998-ci il təvəllüdlü Sərkis Abramyan və 1997-ci il təvəllüdlü Sərkis Melikyan ölüb.
1997-ci il təvəllüdlü Narek Oveyan isə yaralanıb. Onun vəziyyəti ağırdır.
Rubrika.Az
Facebook-da paylaş









