Donald Tramp mətbuata hücumları ilə nə əldə etmək istəyir?

Keçən il ABŞ prezidenti Donald Tramp ilk dəfə mətbuatı "xalq düşməni" adlandıranda böyük narazılıqla qarşılanmışdı. Bu, bəzi siyasətçilər tərəfindən Ağ Evin mətbuat azadlığına hücumu kimi qiymətləndirilmişdi.
Donald Tramp bu sözləri ikinci, üçüncü və dördüncü dəfə təkrarlayanda isə, hamı sadəcə çiyinlərini çəkirdi. Bu, ABŞ prezidentinin unikal qabiliyyəti kimi görünür - əvvəl ağlasığmaz olan hərəkətlər və ya sözlər demək və onları adi hala çevirmək.
Buna baxmayaraq, Donald Trampın bu sözləri artıq başlıqlarda yer almasa da, jurnalistlər bunu yaxşı xatırlayır.
New York Times qəzetinin yayımcısı Arthur Gregg Sulzberger bu yaxınlarda Donald Trumpla görüşəndə onu jurnalistlərə hücuma son verməyə çağırmışdı, belə ki, onun sözləri mətbuat işçilərinə qarşı zorakılığa gətirib çıxara bilər.
Görünən odur ki, mesaj ünvanına çatmayıb. Öz səhər tvitində Donald Trump yazıb ki, mətbuat ABŞ xalqının düşmanı adlandırılmasında özü günahkardır.
"Mətbuat azadlığı xəbərlərin dəqiq ötürülməsi məsuliyyətini özündə birləşdirir. Əldə etdiyimiz yüksək müsbət nəticələrə baxmayaraq mənim administrasiyamın fəaliyyəti haqqında yayılan xəbərlərin 90% -i mənfidir. Təəccüblü deyil ki, mətbuata inam heç vaxt olmadığı qədər aşağıdır" - Donald Tramp yazıb (BBC-Azərbaycanca).
https://www.bbc.com/azeri/international-44979177
Rubrika.Az
Facebook-da paylaş













