Dünya Bankı strateji yol xəritələrinin qiymətləndirilməsi ilə bağlı təkliflər irəli sürüb
İqtisadiyyat Nazirliyindən “Rubrika.az Apa.az-a istinadən” verilən məlumata görə, Dünya Bankının nümayəndələri strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsində mövcud beynəlxalq təcrübə və tətbiq olunan metodologiya, eləcə də bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində davam etdirilən təlimlər barədə ətraflı məlumat veriblər.
Görüşdə strateji yol xəritələrinin qiymətləndirilməsi ilə bağlı təkliflər, metodologiyanın tətbiqi zamanı nəzərə alınması zəruri olan məsələlər irəli sürülüb, strateji yol xəritələrinin icrasının monitorinqi və qiymətləndirilməsi üzrə keçirilən işgüzar görüşlərdə tədbirlərin böyük əksəriyyətinin icraçısı kimi İqtisadiyyat Nazirliyinin də nümayəndəsinin iştirakının təmin edilməsinə dair müzakirələr aparır.
Rubruka.az
Facebook-da paylaş











