Türkiyədə çox sayda terrorçu həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçiriblər. Nəticədə İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır. İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb.
Rubrika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kocaelidə də İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.
Rubrika.az
Facebook-da paylaş







