Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. Rubrika.az Apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının məlumatında bildirilir.
Yanvarda başa çatacağı gözlənilən sanksiyaların müddəti 2018-ci ilin iyulun 31-dək uzadılıb.
Sanksiyaların müddətinin uzadılmasına səbəb Ukraynadakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının tam həcmdə icra olunmaması göstərilir.
Rubrika.az
Facebook-da paylaş












