Abşeronda süd məhsulları anbarında yanğın

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Rubrika.az
Facebook-da paylaş















