Donald Tramp İrana qarşı sanksiyaların bərpasına dair fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb.
Rubrika.az "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər üçün telefon brifinqi zamanı məlumat verilib.
Sənəd İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutur.
Rubrika.az
Facebook-da paylaş













