251 qız eyni toyda ərə getdi

Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qız üçün toy təşkil edib.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, o, qızların toy və cehizlik xərclərini tam ödəyib. Eləcə də ataları olmayan, toy mərasiminə yollanan hər qızın bahalı gəlinlik paltarları, qızıl bəzəkləri də "ata" rolunu oynamış Savaninin hesabına alınıb.
Toyu olan qızlar arasında 5 müsəlman və bir xristian qız olduğu bildirilib.
Rubrika.az
Facebook-da paylaş














