Bakıda dizel istehsalı 20% azalıb
![]()
2017-ci ilin yanvar-noyabr ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 469,2 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,2% azalıb.
Bakı şəhər Statistika İdarəsindən Rubrika.az Ölkə.Az-a İstinadla verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7%, neft koksunun istehsalı 6,8%, neft bitumunun istehsalı 22,7%, sürtgü yağlarının istehsalı 3,7 dəfə artıb, dizel yanacağının istehsalı 20%, yanacaq mazutunun istehsalı 42,6%, ağ neftin istehsalı isə 6,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
Rubrika.az
Facebook-da paylaş













