"Mədəniyyət Nazirliyi layiq bilsə, atam Fəxri Xiyabanda dəfn ediləcək" - Yalçın Rzazadənin oğlu

Ötən gün vəfat edən Xalq artisti Yalçın Rzazadənin dəfn yeri müəyyənləşməyib.
Rubrika.Az bildirir ki, bu barədə sənətçinin oğlu Mətin Rzazadə "MediaPost"a danışıb.
Mərhum sənətçinin oğlu bildirib ki, Mədəniyyət Nazirliyi layiq bilsə, atası Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib.
Rubrika.Az
Facebook-da paylaş













