Televiziya aparıcısını keçmiş əri 9 yaşlı oğlunun gözü qabağında öldürdü
![]()
Rusiyada dəhşətli qətl baş verib.
Rubrika.az Olke.az-a istinadən xəbər verir ki, məşhur televiziya aparıcısı Janna Veber qətlə yetirilib. Janna keçmiş əri tərəfindən 9 yaşlı oğlunun gözü qabağında öldürülüb.
Keçmiş ər-arvadın arasında uşağın üzərində qəyyumluq məsələsinə görə mübahisə düşüb. Anatoliy Leontikov 9 yaşlı oğlunun gözü qarşısında keçmiş arvadına "Vinçester" markalı tüfəngdən atəş açıb.
Janna hadisə yerində keçinib. Anatoliy qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.
Rubrika.az
Facebook-da paylaş











