Çeçenistanda polis rəisi güllələnərək öldürülüb

Çeçenistanda Şali rayonunun Avtura yaşayış məntəqəsi üzrə polis şöbəsinin rəisi qətlə yetirilib.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, cinayətkar polis əməkdaşının kürəyinə atəş açıb. Hadisə rəisin ərzaq mağazasından çıxdığı vaxt baş verib.
Hüquq-mühafizə orqanları əlavə ediblər ki, hücum edən şəxs saxlanılıb. O, dəfələrlə məhkum olunmuş, 27 yaşlı yerli sakindir.
Rubrika.az
Facebook-da paylaş












